8 yaşlı qızı 9 yaşlı dayısı oğlu ilə nişanlayıblar.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, hadisə Türkiyədə baş verib.
Azyaşlıların nişan mərasimi ailə arasında evdə baş tutub. Sosial şəbəkələrdə paylaşılan görüntülər böyük əks-səda yaradıb. Evdə keçirilən nişan mərasimində uşaqlara üzüklər verilib, lent kəsilib.
Baş tutmuş nişanın nənə və babalarının istəyi ilə təşkil edildiyi iddia edilib. Mübahisəli görüntülərdən sonra Ailə və Sosial Xidmətlər İl Müdirliyi tərəfindən araşdırma başladılıb.