72 yaşlı ata oğlunun zərbəsindən ağır kəllə-beyin travması aldı
12 aprel 2020 08:18 (UTC +04:00)

72 yaşlı ata oğlunun zərbəsindən ağır kəllə-beyin travması aldı

 

Bakının Xırdalan şəhərində oğul yaşlı atasını döyərək ağır xəsarətlər yetirib.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektindəki ünvanda baş verib.

1948-ci il təvəllüdlü Əliyev Səxavət Feyruz oğlu evdə oğlu ilə mübahisə edib. Oğlu onu mübabisə zəminində döyüb. 

Yaralı ağır kəllə-beyin travması və müştərək travma diaqnozu ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. 

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağırdır.

Faktla bağll Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2861
avatar

Oxşar yazılar