Sumqayıtda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Təzə Corat qəsəbəsində fərdi yaşayış evlərindən birində qeydə alınıb. 70 yaşlı Nuriyev Hidayət Caniyar oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.