7 yaşlı uşaq bıçaq xəsarəti  aldı
23 iyul 2022 23:51 (UTC +04:00)

7 yaşlı uşaq bıçaq xəsarəti aldı

0

Oğuzda 7 yaşlı uşaq bədbəxt hadisə nəticəsində başından bıçaq xəsarəti alıb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Padar kəndində baş verib. 

2015-ci il təvəllüdlü Padar kənd sakini Ömər Nurlan oğlu Əhmədov yaşadığı ünvanda uşaqlarla oynayan zaman bədbəxt hadisə nəticəsində mətbəxt bıçağı onun başının gicgah nahiyəsinə batıb. Azyaşlı Ö.Əhmədov yaxınlarının köməkliyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Oğuz RMX-da Ö.Əhmədova ilkin yardım göstərildikdən sonra başın gicgah nahiyəsinə batıb qalmış yad cismi çıxarmaq üçün Qəbələ RMX-a göndərilib. 

Qəbələ RMX-da Ö.Əhmədovun gicgah nahiyəsindəki yad cisim çıxarılıb, lazımi tibbi yardım edilib.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2307

Oxşar yazılar