66 yaşlı qadın  özünü dənizə atıb   intihar etdi
13 mart 2024 16:36 (UTC +04:00)

66 yaşlı qadın özünü dənizə atıb intihar etdi

Samsunda 66 yaşlı 3 uşaq anası dənizdə ölü tapılıb. 

Lent.az xarici mediaya istinadən məlumat verir ki, polis araşdırmaları zamanı qadının özünü dənizə ataraq intihar etdiyini müəyyən edib. 

Hadisə yerli vaxtla saat 10.30-də Samsunun İlkadım rayonu, Kale məhəlləsi, Tütün İskelesi çimərliyində baş verib. Əldə edilən məlumata görə, dəniz kənarında balıq tutan insanlar suda arxası üstə hərəkətsiz vəziyyətdə olan qadını görüblər. Hadisə ilə bağlı polis və sağlamlıq qruplarına məlumat verilib. 

Bu vaxt sahildə olan Samsun Böyükşəhər bələdiyyəsindən polis məmuru Bayram Kılıç və bələdiyyə işçisi Mustafa Küçükşakar qadının meyitini sudan çıxarıblar.  

Polis araşdırmalarında cəsədi tapılan qadının Canik rayonunun Yavuzselim məhəlləsində yaşayan 66 yaşlı  3 uşaq anası Həmidə U. olduğunu və özünü dənizə ataraq intihar etdiyini müəyyən edib. Almaniyada yaşayarkən ailəsi ilə birlikdə geri döndüyü öyrənilən qadının hansı səbəbdən intihar etdiyi açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4300

Oxşar yazılar