65 şadlıq evində yoxlama:  10 nəfər cərimələndi,  97 nəfər...
12 noyabr 2021 10:49 (UTC +04:00)

65 şadlıq evində yoxlama: 10 nəfər cərimələndi, 97 nəfər...

Noyabrın 11-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 73 toy şənliyinin monitorinqini keçirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, monitorinq 65 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

- 97 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1521
avatar

Mehman Nəbiyev

Oxşar yazılar