60 yaşlı kişi Araz çayında batdı
17 iyun 2021 09:04 (UTC +04:00)

60 yaşlı kişi Araz çayında batdı

Saatlı rayonunda bir nəfər çayda batıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Araz çayının Saatlı rayonu, Hacıqasımlı kəndi ərazisindən keçən hissəsində 60 yaşlı Cahangirov Teymur Namaz oğlu batıb. Bu barədə nazirliyin qaynar xəttinə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1197
avatar

Mehman Nəbiyev

Oxşar yazılar