6 yaşlı uşaq kimyəvi maddədən zəhərləndi
22 yanvar 2023 20:16 (UTC +04:00)

6 yaşlı uşaq kimyəvi maddədən zəhərləndi

0

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydı alınıb. 

Kənd sakini,  2017-ci il təvəllüdlü Muradova Zəhra Nüsrət qızı bitkilər üçün nəzərdə tutulan parazit əleyhinə kimyəvi  maddədən zəhərlənib.

Valideynləri 6 yaşlı uşağın saçlarında bitləri öldürmək üçün onun başına “Bİ-58” kimyəvi preparat vurublar. Nəticədə kəskin zəhər olan həmin maddə uşağın baş dərisindən orqanizminə sovrulub. Vəziyyəti ağır olan uşaq toksikoloji zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Qeyd edək ki, Bİ-58 insektisidi kənd təsərrüfatında zərərvericilərər qarşı tətbiq edilən güclü təsirə malik preparatdır. Qoruyucu vasitələrdən istifadə edilmədikdə ağır zəhərlənməyə səbəb olur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2208

Oxşar yazılar