Amerikada 83 yaşlı kişi 45 ildən sonra azadlığa çıxıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, İsayya Andres adlı adam 1974-cü ildə həyat yoldaşını 11 bıçaq zərbəsi ilə öldürməkdə təqsirli bilinib.
O, bu ittihamları rədd etsə də, şərti azadlıq hüququ olmadan ömürlük həbs edilib.
Həyatının yarım əsrini həbsdə keçirən Andresin 45 il sonra günahsız olduğu ortaya çıxıb.
Qeyd edək ki, Andres hazırda ağır xəstədir və yeriyə bilmir.