426 milyon dollarlıq mənimsə və rüşvətdə ittiham olunan məmur edam edildi
17 dekabr 2024 15:42 (UTC +04:00)

426 milyon dollarlıq mənimsə və rüşvətdə ittiham olunan məmur edam edildi

Çin hakimiyyət orqanları mənimsəmə və rüşvət alma yolu ilə 3,06 milyard yuanı (təxminən 426 milyon dollar) qanunsuz mənimsəmiş Huh-Hoto Texno-İqtisadi İnkişaf Zonasının (Daxili Monqolustan muxtar rayonunun inzibati mərkəzi, Şimali Çin) işçi komitəsinin keçmiş katibi Li Tsyanpinə qarşı ölüm hökmünü icra edib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Çin Xalq Respublikasının Ali Xalq Məhkəməsi məlumat yayıb.

WeChat sosial şəbəkəsində ətraflı məlumat verildiyi kimi, Li Tsyanpin fırıldaq yolu ilə adı açıqlanmayan dövlət şirkətindən 1,43 milyard yuandan (199 milyon dollar) çox pul əldə edib. Bundan əlavə, o, 577 milyon yuan (80 milyon dollar) rüşvət alıb və 1,06 milyon yuanı (147 milyon dollar) mənimsəyib. Bu vəsaitlərin bir hissəsi heç vaxt geri qaytarılmayıb.

Rüşvət və mənimsəmə ilə yanaşı, Li Tsyanpin, qeyd edildiyi kimi, “qanunsuz və cinayətkar fəaliyyətlərdə əlbir olmaqda” məhkum edilib. Edam olunan şəxsin bütün şəxsi əmlakı müsadirə edilib. Ölümündən əvvəl ona qohumları və dostları ilə görüşə icazə verilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11313
avatar

Oxşar yazılar