4 yaşlı qıza bir şüşə viski  içirtdilər, öldü
05 may 2026 16:23 (UTC +04:00)

4 yaşlı qıza bir şüşə viski içirtdilər, öldü

0

ABŞ-ın Baton Rovqe şəhərində evdən dörd yaşlı qızın meyiti tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun qanında spirtin miqdarı 0,680 promil olub.

Məlumata görə, hadisədə uşağın nənəsi təqsirli bilinib. 57 yaşlı qadın nəvəsi spirtli içkidən bir qurtum içdiyinə görə onu cəzalandırmaq məqsədilə butulkada qalan içkini içməyə məcbur edib. Uşağın orqanizmində 40% spirt tərkibli təxminən 750 millilitr içki olduğu müəyyən edilib. 

Hadisə zamanı uşağın anası da orada olub, lakin baş verənlərə müdaxilə etməyib. Bu səbəbdən ona da cinayət işi açılıb və törədilən ağır əməli dayandırmadığı üçün məsuliyyətə cəlb olunub.

Qadının məhkəməsi daha sonra keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar