4 nəfər evdə diri-diri yandı,  biri 3 aylıq körpədir
13 iyun 2024 15:26 (UTC +04:00)

4 nəfər evdə diri-diri yandı, biri 3 aylıq körpədir

Rusiyanın Moskva vilayətinin Volokolamsk şəhərində evdə yanğın zamanı 4 nəfər ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kalininskaya küçəsindəki evdə baş verib.

Hadisənin səbəbləri ilə bağlı təfərrüatlar yoxdur. Yanğın söndürüldükdən sonra yanğınsöndürənlər fövqəladə hadisə yerində yanmış üç böyük və ölmüş üç aylıq körpə aşkar ediblər.

Ekspertizanın nəticələrinə əsasən hadisənin baş vermə səbəbi müəyyən ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764
avatar

Oxşar yazılar