Bakıda 4 maşın TOQQUŞDU:  xəsarət alan var
30 noyabr 2021 04:03 (UTC +04:00)

Bakıda 4 maşın TOQQUŞDU: xəsarət alan var

Paytaxtın Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Xətai prospektində baş verib. 

“Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü əks istiqamətə çıxaraq manevr etmək istəyib. Bu zaman həmin avtomobilin sürücüsü sükana nəzarəti itirərək maşınını “Renault” markalı nəqliyyat vasitəsinə çırpıb. Zərbənin gücündən “Renault” yol kənarında dayanan digər “Mercedes” markalı maşına çırpılıb. Zərbə o qədər güclü olub ki, sonuncu avtomobil də “Hyundai” markalı maşına çırpılıb. Qəza nəticəsində “Renault”-da olan sərnişin xəsarət alıb.

Fakt üzrə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
 

# 1125
avatar

Oxşar yazılar