Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Cəyirli kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.
Hazırda batdığı ehtimal olunan 31 yaşlı Əhmədli Kənan İlyas oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir.
Əlavə məlumat veriləcək.