3 nəfərin olduğu minik maşını su kanalına aşdı - FOTO
28 iyun 2021 00:47 (UTC +04:00)

3 nəfərin olduğu minik maşını su kanalına aşdı - FOTO

0

Lənkəranda "LADA Priora" markalı avtomobil idarəetmədən və yoldan çıxaraq su kanalına aşıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza Lənkəran-Boradigah yolunun Vilvan kəndindən keçən hissəsində baş verib.

Nəticədə 3 nəfər Vilvan kənd sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2004-cü il təvəllüdlü Elgün Səmədov və həmyaşıdı Turan Ağayev, 2005-ci il təvəllüdlü Səbuhi Tahirzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onlardan birinin vəziyyəti ağırdır, digərlərinin səhhəti isə orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1448

Oxşar yazılar