Saray qəsəbəsində dəm qazından iki nəfər zəhərlənərək ölüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.
1960-cı il təvəllüdlü Yusifov Siyasət Mirzə oğlu və 1963-cü il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu kirayə qaldıqları evdə boğularaq ölüblər.
Hələlik ad soyadı naməlum üçüncü şəxs isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, hər üç şəxs bina tikintisində çalışırlarmış. Onlar birgə kirayədə yaşayırmışlar.