3 "Mercedes" toqquşdu: 2 yaralı...  - FOTO
17 iyul 2021 21:04 (UTC +04:00)

3 "Mercedes" toqquşdu: 2 yaralı... - FOTO

 

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı 3 avtomobil toqquşub. Qəza zamanı 1954-cü il təvəllüdlü Əli Həsənov və 1958-ci il təvəllüdlü Rübabə Həsənova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

# 2265
avatar

Oxşar yazılar