Ağstafada dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Mərdan Əsgərov küçəsində baş verib.
1999-cu il təvəllüdlü Rzayeva Aygün Namiq qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, A.Rzayeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.