Daxili İşlər Nazirliyi Tovuzda baş verən qəza ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Lent.az-a bildirib ki, hadisə yerinə Tovuz RPŞ Dovlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub. Müvafiq təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı araşdırma aparılır.
***
22.14
Tovuzda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, ölən qadın rayonun Aşağı Quşçu kənd sakini 1966-cı il təvəllüdlü Tağıyeva Rəna Fərman qızıdır.
Xəsarət alanlar Aşağı Quşçu kənd sakini, 1963-cü il təvəllüdü Tağıyev Fərman Həsən oğlu, 2016-ci il təvəllüdlü Tağıyev Fərid Rahib oğlu və Qovlar şəhər sakini, 1995-ci il təvəllüdlü Əliyev Rəmzi Xanoğlan oğludur. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, qəzaya düşən Tağıyevlər bir ailənin üzvüləridir. Faktla bağlı araşdırma aparılır.
***
21.35
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan iki "VAZ" markalı avtomobil toqquşub.
Qəza zamanı bir qadın ölüb, 4 nəfər ağır yaralanıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.