6-cı mərtəbədən yıxılaraq ağır yaralanan gənc aparıldığı xəstəxanada dünyasını dəyişib.
Lent.az xarici mediyaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Səsləri eşidən qonşular hadisə yerinə polis və təcili tibbi yardım çağırıblar.Yıxılarkən ağır yaralanan gənci xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə baş verən zaman gəncin yanında evdə olan dostu dindirilmək üçün polisə aparılıb.
Onun hansı səbəbdən yıxılması müəmma olaraq qalır.
Fakt araşdırılır.