14 yaşlı iki qız bir evdə  özlərini asdılar
21 yanvar 2024 13:22 (UTC +04:00)

14 yaşlı iki qız bir evdə özlərini asdılar

Muşun Varto rayonunda tərk edilmiş evdə kəndirlə asılmış vəziyyətdə tapılan 14 yaşlı iki qızın cəsədi basdırılıb. 

Lent.az-ın Türkiyə KİV-nə istinadla xəbərinə görə, Varto mahalının Kültür məhəlləsində meydana gələn hadisədə, Atatürk orta məktəbinin 8-ci sinif şagirdi P.A. və Z.T. axşam saatlarına qədər evə getməyib, yaxınları şübhələnərək qızlarını axtarmağa başlayıblar.

 P.A.nın atası Cemal A. qızı və rəfiqəsini tərk edilmiş evdə kəndirlə asılmış vəziyyətdə tapıb. Cemal A.nın çağırışından sonra  həmin ünvana polis və sağlamlıq qrupları gəlib.

Həkim briqadasının müayinəsi zamanı P.A. və Z.T.nin həyatını itirdiyi müəyyən edilib. Kədərli xəbəri eşidən qızların yaxınları göz yaşı tökərək əsəb böhranı keçiriblər.

8-ci sinif şagirdlərinin intihar səbəbləri araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7268

Oxşar yazılar