Azərbaycan əsilli qocaya qarşı cinsi zorakılıq maddəsi ilə cinayət işi başlanıb.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, Sankt-Peterburq sakini qızının naməlum şəxs tərəfindən təzyiqə məruz qalması barədə polisə müraciət edib.
Sankt-Peterburq sakini 3 gün əvvəl hadisə ilə bağlı polisə məlumat verib. Qadının sözlərinə görə, fevralın 9-da Korablestroiteley küçəsindəki fitnes klubunun hamamında naməlum şəxs onun 12 yaşlı qızına toxunub.
Əməliyyatçılar şübhəli şəxsi Staro-Peterqofski prospektindəki evində saxlayıblar.
Xüsusi təcridxanada 66 yaşlı kişi barəsində həbs-qətimkan tədbiri seçilib.