11 yaşlı şagirdi ilə  cinsi əlaqədə   olan müəllim həbs olundu
09 fevral 2024 16:56 (UTC +04:00)

11 yaşlı şagirdi ilə cinsi əlaqədə olan müəllim həbs olundu

Rusiyada 11 yaşlı oğlan şagirdini sinifdə kilidləyərək cinsi istismar edən müəllim həbs edilib.

Rusiyanın Toksovo şəhərində baş verən hadisədə 25 yaşlı müəllim Anna Plaksyuk 11 yaşlı şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə günahlandırılıb.

Nahar fasiləsində şagirdini sinifdə kilidləmək, “uşağın sinəsinə zorla toxunmaq, övrət yerinə toxunmaq” kimi təhqiramiz cinayətlərə görə həbs olunan müəllimə 20 ilə qədər həbs istənilib.

Uşağın anası müəllimin məktəbdən kənarda şagirdinə göndərdiyi seksual mesajları və çılpaq fotolarını görəndən sonra polisə və məktəb rəhbərliyinə xəbər verib.

Uşağın vəkili İlya Rusyaev deyib:

"Ölkəmizdə uşaqlara qarşı törədilən cinayətlər çox ağır cəzalandırılır, ona görə də o, çox sərt, lakin ədalətli cəza alacaq. Bu yaşda olan uşaq hələ tam yetkinləşməyib, eyni zamanda, o, nə etdiyini tam dərk etmir. edib. Bu cür hərəkətlər uşaqlarda psixoloji sarsıntı yaradır. Bunun üçün razılıq yaşı müəyyən edilir, bizdə bu yaş 16 yaş müəyyən edilib".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4566
avatar

Oxşar yazılar