101 nəfər Gürcüstandan çıxarıldı, aralarında azərbaycanlılar da var
05 may 2026 11:20 (UTC +04:00)

101 nəfər Gürcüstandan çıxarıldı, aralarında azərbaycanlılar da var

0

Gürcüstanda son günlər ərzində keçirilən tədbirlər nəticəsində 101 xarici ölkə vətəndaşı ölkədən deportasiya edilib.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, Miqrasiya Departamenti tərəfindən keçirilən kompleks tədbirlər nəticəsində Türkmənistan, Hindistan, İraq, Azərbaycan, Rusiya, Özbəkistan, Nigeriya, Banqladeş, İordaniya, Keniya, Sudan, Belarus, Uqanda, Nepal, Pakistan, Filippin, Qırğızıstan, Zimbabve, Livan və digər ölkələrin vətəndaşları olmaqla, ümumilikdə 101 nəfər ölkədən çıxarılıb.

Qeyd olunub ki, mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərə ölkəyə giriş qadağası tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 124

Oxşar yazılar