65 yaşlı Sofiya... – VİDEO
07 avqust 2012 19:13 (UTC +04:00)

65 yaşlı Sofiya... – VİDEO

Bu gün, Sofiya Rotarunun (tam adı Sofiya Mixaylovna Yevdakimenko-Rotaru) 65 yaşı tamam olur. SSRİ, Rusiya, Ukrayna, Moldovanın xalq artisti olan Sofiya Rotarunu sovet gəncliyi yaxşı xatırlayır.

Lirik səsi, daim gülər üzü Rotarunu sovet gəncliyinin kumirinə çevirmişdi. Sovet mətbuatı onu "Pop kraliçası" adlandırmaqdan çəkinmirdi. Təsadüfi deyildi ki, Rotaru pop müğənnisi kimi keçmiş SSRİ-də ilk dəfə SSRİ xalq artisti adını almış (1988-ci ildə) şəxsdir.

Ukraynanın uzaq Çerniqov vilayətinin ucqar bir kəndində, Morşinskdə anadan olmuş Sofiya ilk əvvəl rus dilini belə düz-əməlli bilmirmiş. Amma ecazkar səsi və durmadan çalışması qısa bir zamanda onu bütün SSRİ-də məşhur etdi. Onun repertuarında müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində 400-dən çox mahnı var. Onların arasında məşhur “Lavanda”nı isə bütün SSRİ əzbər bilirdi. “Payız çiçəkləri”, “Yay da ötüb getdi”, “Xutorlu qız” isə vaxtı ilə hitə çevrilmişdi.

Bu gün 65 yaşını İtaliyanın Toskana şəhərində keçirəcək Rotarunun qonaqları olmayacaq. “Mən ad günlərimi ancaq ailə üzvlərimlə keçirirəm. Çünki ad günümün mənə və ailəmə dəxli var” - deyə, müğənni bildirir.

Bu arada Rusiya mətbuatı ondan 65 yaşında belə cavan qalmasının sirlərini öyrəniblər. Müğənni bunun sirrini gizlətməyib də. Və məlum olub ki, müğənni həftənin üç günü ancaq suda bişmiş düyü yeyir. Növbəti iki gün isə tərəvəz. Həftə sonu isə ancaq meyvə. Bir sözlə hər şey bu qədər sadə.

Elə özü kimi…

Səbuhi MƏMMƏDLİ
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1073

Oxşar yazılar