On bir nəfər dənizdə, bir nəfər Kürdə batmaqdan xilas edildi-STATİSTİKA
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ötən gün 11 nəfəri Xəzər dənizində və bir nəfəri isə Kür çayında boğulmaqdan xilas ediblər.
APA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi mılumata görə, ötən gün Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində, “Şirvan” sularda xilasetmə məntəqəsindən 15 km sağa nəzarətsiz ərazidə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər xilas edilib.
Xəzər sahilində isə Bilgəhdə 5 nəfər, Zuğulbada 2 nəfər, Qaradağ, Xəzər, Sumqayıt, Nabranda ərazilərinin hər birində isə bir nəfər batmaq təhlükəsindən xilas edilib.
Nazirliyin məlumatında qeyd edilib ki, batmaq təhlükəsi ilə üzləşənlərin əksəriyyəti nəzarətsiz ərazidə çimənlərdir.

475