Şəmkiri vahimədə saxlayan şəxslər yaxalanıb
Son 2 ay ərzində Şəmkir rayonunda əhali arasında çaşqınlıq yaradan şəxslər saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cari ilin iyun ayının 28-dən avqust ayının 1-dək olan müddət ərzində Şəmkir rayonunda müxtəlif vaxtlarda rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus evlərə daş ataraq sakinlər arasında müxtəlif şayiələrin yaranmasına səbəb olmuş şəxslər müəyyənləşib.
Araşdırmalar nəticəsində həmin şəxslər - rayon sakinləri Arzu Rzayev və Samir Mürşüdov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar nəticəsində həmin şəxslər - rayon sakinləri Arzu Rzayev və Samir Mürşüdov polis əməkdaşları tərəfindən saxlanılıb.
949