Azərbaycanda bəzi saytların fəaliyyətində problem yaranıb
30 iyul 2012 15:38 (UTC +04:00)

Azərbaycanda bəzi saytların fəaliyyətində problem yaranıb

Lent.az-ın məlumatına görə, həmin saytlar arasında “Yeni Müsavat” qəzetinin, “Trend” informasiya agentliyinin internet səhifələri, həmçinin “Qafqazinfo” internet portalı da var.

“Musavat.com” saytının redaktoru Xalid Kazımlı Lent.az-a bildirib ki, sayta Türkiyədə fəaliyyət göstərən telekommunikasiya şirkətinə məxsus İP-lərdən haker hücumu edilir: “Saytımıza xidmət göstərən provayder şirkəti portala daha artıq ziyan dəyməməsi üçün onun fəaliyyətini məhdudlaşdırıb. Hücumun nəyə görə başlaması barədə əlimizdə mötəbər informasiya yoxdur, yalnız müəyyən gümanlar var. Hesab edirik ki, bu, saytımızda gedən “Böyük Kürdüstan” dövlətinin yaranması ehtimalı barədə yazıdan narazı qalan qüvvələrin sifarişi ola bilər”, - deyə sayt redaktoru əlavə edib. Hazırda sayta xidmət göstərən hostinq şirkəti SQL proqramını bərpa etməklə məşğul olur və yaxın saatlarda “musavat.com”-un öz fəaliyyətini bərpa etməsi mümkün olacaq.

“Trend” informasiya agentliyinin Azərbaycan xəbərlər xidmətinin rəhbəri Emil Hüseynli Lent.az-a bildirib ki, “trend.az” saytında texniki problemlər bu gün saat 12 radələrindən etibarən yaranmağa başlayıb: “Bizim texniklərimiz artıq problemi aradan qaldırıblar. İlkin məlumata görə, kənardan müdaxilə olub. Sayt normal qaydada fəaliyyətini davam etdirir”.

“Qafqazinfo” portalının baş redaktoru Elnur Məmmədli də sayta Türkiyədən hücum edildiyini bildirdi: “Sayta haker hücumları edilir. Biz də sayt dağılmasın deyə girişi məhdudlaşdırmışıq. Onlar dayanmadan hücum edirlər. İT mütəxəssislər bildirirlər ki, hücumlar Türkiyədən edilir”.

Qeyd edək ki, bir müddət əvvəl Lent.az-a da analoji haker hücumları olub, 2 gün müddətinə sayta giriş məhdudlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00