Əksər dağ çaylarının suyu azalıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, son günlərdə hava şəraitinin yağmursuz və isti keçməsi ilə əlaqədar əksər dağ çaylarında sululuğun azalması müşahidə olunub.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 90-120, Lənkəran-Astara bölgəsi çaylarında 65-195, Naxçıvan MR çaylarında isə 100-105 faizini təşkil edir.
İyulun 27-dən başlayaraq Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm azalma qeydə alınıb. Lakin iyulun 30-da suyun səviyyəsində 3 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 60 m3/s, ongünlük normanın 39 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm iki dəfə çox olmaqla 155 m3/s və ongünlük normanın 101 faizini təşkil edib.
Son 3 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 18 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 95 m3/s olmaqla, ongünlük normanın 108 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 56 m3/s təşkil etmiş və ongünlük normanın 64 faizinə bərabər olub.
İyulun 27-dən etibarən Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, iyulun 30-da Kür çayının Surra və Şirvan məntəqələrində suyun səviyyəsi 12 sm, Salyanda 15 sm, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Bankədə isə 7 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 353 sm (2011-ci il iyulun 30-da 432 sm), Şirvanda 225 sm (2011-ci il iyulun 30-da 307 sm ), Salyanda 185 sm (2011-ci il iyulun 30-da 301 sm), Bankədə 230 sm (2011-ci il iyulun 30-da 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 115 sm (2011-ci il iyulun 30-da 149 sm) təşkil edir.

480