Əli Evsen danışdı
27 iyul 2012 17:57 (UTC +04:00)

Əli Evsen danışdı

Azərbaycanda fəaliyyət göstərən “Evsen Group”un sahibi Əli Evsen həbs edilməsi ilə bağlı ərəb media resurslarında yayılan məlumatlara münasibət bildirib. Bu barədə APA-ya açıqlama verən tanınmış iş adamı həbsi barədə yayılan məlumatların əsassız və yalan olduğunu deyib: “Mən Misir mətbuatında bu məlumatları oxumuşam və onlara heç bir cavab verməmişəm. Çünki onların mətbuatına inanmıram. Misirdə bəzi qüvvələr var ki, adıma qara yaxmaq üçün bu məsələni zaman-zaman gündəmə gətirirlər. Bu orada bəzi şəxslərin maraqlarına xidmət edir. Bunun başqa səbəbi yoxdur”.

Əli Evsen hazırda onunla bağlı cinayət işi üzrə məhkəmə keçirildiyini və tez-tez istintaqa ifadə verdiyini qeyd edib: “Bu məhkəmə işi uzun çəkən bir prosesdir. Hazırda araşdırma gedir. Araşdırmaların yaxın zamanlarda başa çatacağı gözlənilir. Məhkəmə başa çatandan sonra mətbuata geniş məlumat veriləcək”.

Əli Evsen aparılan məhkəmə proseslərinin onun bir iş adamı kimi fəaliyyətinə və ya xarici ölkələrə səfərlərinə heç bir təsir etmədiyini bəyan edib: “Baxmayaraq ki, Misirdə bəzi qüvvələr mənə qarşı kampaniya aparır, mən öz işimlə məşğulam. Həftədə bir dəfə istintaqa gedərək onlarla görüşürəm. İstintaq mənim xaricə getməyimə heç bir problem yaratmır. Bir müddət əvvəl Albaniyanın baş naziri ilə Bakıda səfərdə idim. İşlərimlə əlaqədar tez-tez xarici ölkələrə gedirəm. Lakin bununla belə məhkəmə hələ başa çatmadığı üçün hara getməyim barədə istintaqı məlumatlandırıram”.

Əli Evsen hazırda Madriddə olduğunu bildirib.

Qeyd edək ki, Allafrika.com saytı Misirin Ədliyyə Nazirliyinə istinadən Əli Evsenin həbs edilməsi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, o Misirin sabiq prezidenti Hüsnü Mübarəkə yaxın olan iş adamı Hüseyn Saleminin cinayət işi ilə əlaqədar tutulub. O, iyulun 1-də İnterpol tərəfindən İspaniyada saxlanıb. Misir ədliyyə nazirinin köməkçisi Assem el Qoxeri bildirib ki, Əli Evsen Hüseyn Salemin törətdyi bir sıra cinayətlərlə əlaqədar Misirə təhvil veriləcək. O, Evsenin qanunauyğun şəkildə İspaniyadan Misirə təhvil verilməsi üçün bütün zəruri addımların atılacağını deyib.

Qeyd edək ki, Əli Evsen Azərbaycanda avtomobil, otel və ticarət mərkəzləri də daxil olmaqla, böyük sahədə fəaliyyət göstərən “Evsen Group”un sahibi və Albaniyanın “Albanian Airlines”ın ortaqlarından biridir. Qrupa daxil olan şirkətlər arasında “AzSamand Services”, ticarət mərkəzi “Elite Complex”, “Azerbaijan Electronics” də var. Bu şirkətlərdə 3 minə yaxın insan çalışır.

Əli Evsen Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 689

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21