Ermənilər əsgərimizin əsir düşdüyü barədə məlumat yayıb
APA-nın məlumatına görə, məlumatda bildirilir ki, “bu gün Azərbaycan vətəndaşı, sıravi Fariz Fərəcov Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində sərhədi keçərək erməni snayperlərinə təslim olub. Sərhəd pozucusu saxlanıb, araşdırma aparılır”. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan əsgərinin əsir götürülməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatlandırıldığını deyib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova APA-ya bildirib ki, onlar bu barədə məlumatı mətbuatdan alıblar: “Hələlik BQXK-da bununla bağlı məlumat yoxdur”.

632