Hələb həbsxanasında üsyan: 6 ölü
24 iyul 2012 13:34 (UTC +04:00)

Hələb həbsxanasında üsyan: 6 ölü

Suriyanın şimalındakı Hələb mərkəzi həbsxanasında üsyan baş verib. Lent.az-ın Türkiyənin “Cumhuriyyet” qəzetinə istinadən verdiyi məlumata görə, üsyanı yatırmaq üçün təhlükəsizlik qüvvələri məhkumlara atəş açıb və nəticədə 6 nəfər ölüb.

Suriya Ümumi İnqilab Şurasının yaydığı açıqlamada qeyd olunur ki, təhlükəsizlik qüvvələri üsyanı yatırmaq üçün gözyaşardıcı qaz və silahdan istifadə edib. Baş vermiş hadisə zamanı ölən insanlarla yanaşı, xeyli sayda insan yaralanıb: “Üsyan təhlükəsizlik əməkdaşlarının bir məhkumu təhqir etməsindən sonra meydana gəlib”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 403

Oxşar yazılar