Cinayətkar dəstə ələ keçib
Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 4-də Elvin Tosova məxsus kafedən qapını sındırmaq yolu ilə 165 manat pul oğurlamış rayon sakinləri Məhəmməd Zamanov, Hüseyn Məmmədov, Azər Abdullayev və Nazim Zəkəryəyev tutulublar. Lent.az DİN-in saytına istinadən xəbər verir ki, M.Zamanov, H.Məmmədov, A.Abdullayev və N.Zəkəryəyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların, iyul ayının 2-dən 10-dək olan müddət ərzində Balakən rayonunda rayon sakinləri Fikrət Alqayevə məxsus mağazadan kompüter hissələri, Qəhrəman Şibilova məxsus mağazadan 120 manat pul, Anar Yəhyayevə məxsus mağazadan isə danışıq kartları və kompüter hissələri oğurlamaları da müəyyən edilib.
541