Ermənilərin vurduğu hərbçimizin meyiti tapılaraq ailəsinə verilib
Ermənistan silahlı Qüvvələrinin Tovuz istiqamətində açdığı atəş nəticəsində yaralandığı bildirilən milli ordumuzun hərbi qulluqçusu Orucov Elçin Rauf oğlunun axtarışı nəticə verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, ərazi mütəmadi atəşə tutulduğundan neytral bölgədə vurulmuş Elçin Orucovu gündüz saatlarında axtarıb tapmaq mümkün olmayıb. Qaranlıq düşdükdən sonra isə əsgərin vurulub qaldığı yeri müəyyən etməkdə problemlər yaranıb. Yalnız dünən onun həlak olduğu məlum olub və şəhid əsgərimizin meyiti hadisə yerindən götürülüb. Tərtər Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Elçin Orucovun cənazəsi əvvəlcə onun xidmət etdiyi hərbi hissəyə gətirilib, oradan isə doğulduğu Seydimli kəndinə göndərilib.
1214