Naxçıvan istiqamətində atəşkəs pozulub: bir əsgərimiz yaralanıb
13 iyul 2012 18:45 (UTC +04:00)

Naxçıvan istiqamətində atəşkəs pozulub: bir əsgərimiz yaralanıb

APA-nın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasında, cəbhənin Şahbuz rayonu istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Rəbbi Elsevər oğlu Cəfərov düşmən gülləsinə tuş gəlib. Nəticədə başından güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidməti ilə məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, R. Cəfərov Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1033

Oxşar yazılar