Məsciddə xuliqanlıq etmiş jurnalistlə bağlı mətbuat konfransı keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində sentybarın 7-də Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində baş vermiş hadisələrlə bağlı mətbuat konfrasnı keçirilib. Lent.az-ın məlumatına görə, həmin vaxt “Xural” qəzetinin Cənub bölgə müxbiri Aydın Canıyevin törətdiyi xuliqanlıq hadisələri ilə bağlı “Sahib əz-zaman” məscidinin dini rəhbəri Mirbaba Tahirov, həmçinin onun vəkili Ağakişi Nağıyev jurnalistlərin suallarını cavablandırıb.
A.Nağıyev bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır: “Məscidə sərxoş halda gəlmək, söyüş söymək, vurub şüşələrini sındırmaq... bunları yalnız ruhi və psixi problemi olan adam edə bilər. Aydın Canıyev də istintaqa etirafedici ifadələr verib. Bu jurnalistika tarixində çox biabırçı hadisədir”.
Mətbuat konfransında bildirildi ki, A.Canıyev müxtəlif vaxtlarda sərxoş halda rayon ərazisində xuliqanlıq hadisələri törədib. O, yazılarının birində Lənkəran Dövlət Universitetində əxlaqsızlığın ayaq tutub yeridiyini yazıb. Sentyabrın 7-də isə məscidi təhqir edib.
M.Tahirov isə deyib ki, həmin jurnalisti əvvəlcədən tanımayıb. Həmin gün isə A.Canıyev sərxoş vəziyyətdə məscidə girib, dava-dalaş salmağa başlayıb, din xadimlərini söyüb: “İçəri girib pul istədi, dedi ki, jurnalistəm. Biz isə onu sakitləşdirməyə çalışırdıq”.
A.Canıyev məsciddə insident törətdikdən sonra tanışı Gülüş Xəlilovanın evinə gəlib və xuliqanlıq hərəkətlərini davam etdirib. Həmin vaxt G.Xəlilovanın evinə gəlmiş polislər A.Canıyevi saxlayıb.
Qeyd edək ki, A.Canıyev barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun törətdiyi əməllə bağlı isə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə iş başlanılıb.
Nizam RZA

442