62 yaşlı kişi dayanacaqda arvadını qanına boyadı
22 sentyabr 2011 11:43 (UTC +04:00)

62 yaşlı kişi dayanacaqda arvadını qanına boyadı

Sentyabrın 21-də Bakıda ər arvadını öldürməyə cəhd edib. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 8-ci mikrorayon, C.Xəndan küçəsində 1949-cu il təvəllüdlü Xalıqov Müzəffər Mütəllimoğlu həyat yoldaşı, 1956-cı ildə doğulmuş Xalıqova Nazilə Oruc qızını bıçaqlayıb.


Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, 62 yaşlı ər həyat yoldaşına avtobus dayanacağında hücum çəkib. N.Xalıqova saat 17.00 radələrində avtobus gözləyərkən əri ona yaxınlaşıb və əlindəki mətbəx bıçağı ilə 55 yaşlı qadının ürəyinə zərbə endirib. Dərhal ətrafdakı şəxslər qəzəblənmiş kişini tutaraq uzaqlaşdırmağa çalışıblar. Qadın isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə aparılıb. Yaralının komada olduğu bildirilir.

Hadisənin hansı zəmində baş verməsi və səbəbləri barədə ətraflı məlumat almaq mümkün olmayıb.

Faktla əlaqədar cinayət işi başlanılıb. M.Xalıqov saxlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00