DİN “Sərhəd-2011” ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) “Sərhəd-2011” əməliyyatı ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Sərhəd-2011” şərti adı altında keçirilən əməliyyat tədbirləri nəticəsində Qəbələ rayonu Tola kənd sakini, əvvəllər məhkum olunmuş Mərdan Əzəmmədovun evinə baxış zamanı oradan 3 kiloqram 200 qram marixuana, müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi, 5 ədəd patron və 17 ədəd giliz, habelə, həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi ümumi çəkisi 60 kiloqram olan 11 ədəd çətənə kolu aşkarlanıb.
Mayın 20-də Oğuz rayon sakini İlham İsmayılova məxsus mağazadan 200 manat pulu və danışıq kartlarını oğurlamış rayonun Xaçmaz kənd sakini Əliağa Hacıyev tutulub. Həmçinin, sentyabrın 17-də Qusar rayon sakini Faiq Quliyevə məxsus "VAZ-2103" markalı avtomaşını qaçırmış həmyerliləri Zedik Əlixanov və Elşən Mustafayev saxlanılıblar. Rusiyanın Cinayət Məcəlləsinin 206-cı (girov götürmə) maddəsi ilə axtarışda olan Qax rayon sakini Aslan Aslanov tutulub.
“Sərhəd-2011” əməliyyatı davam etdirilir. Əməliyyatlar sentyabrın 23-də başa çatacaq.
Qeyd edək ki, DİN-in keçirdiyi əməliyyatlar Azərbaycan-Rusiya sərhədini əhatə edir.

530