Qəhrəmanlar unudulmur – Milli Qəhrəmanlar Arif Qubadov və Vahid Quliyev
Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs irəli sürüb.
Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir
Qəhrəmanlar unudulmur!
Arif Vəliş oğlu Qubadov 1966-cı il sentyabrın 20-də Cəlilabad rayonu Əliqasımlı kəndində anadan olub. O, 1992-ci ildə Milli Orduya daxil olub, zabit kimi ilk döyüşlərinə Naxçıvanın Sədərək bölgəsində başlayıb, onun komandiri olduğu batalyon qəhrəmanlıqla vuruşub, 1993-cü ildə dəstəsi ilə birlikdə cəbhənin Ağdam istiqmətinə göndərilib. Əfətli və Yusifcanlı kəndlərinin müdafiəsində xüsusi sücaət göstərib, 1993-cü ilin avqustunda Füzuli, 1994-cü ildə Tərtər və Ağdərə istiqamətlərində rəşadətlə vuruşub. Ona 1995-ci il aprelin 4-də Milli Qəhrəman adı verilib. Atəşkəs dövründə də polkovnik-leytenant rütbəsində hərbi xidməti davam etdirib, N saylı hərbi hissənin komandir müavini vəzifəsində çalışıb. 2009-cu il sentyabrın 25-də uzun sürən xəstəlikdən sonra vəfat edib. Əliqasımlı kəndində dəfn edilib.
Vahid Həbibulla oğlu Quliyev 1955-ci il sentyabrın 20-də Cəbrayıl rayonu Qumlaq kəndində anadan olub. O, 1992-ci ilin avqustunda zabit kimi könüllü olaraq Milli Orduya daxil olub, həmin il sentyabrın 7-də Ağdam istiqamətində ilk döyüşə girib, həmin döyüşdə düşmənin bir tankını vurub, az sonra cəbhənin Qubadlı istiqmətinə göndərilib, orada da rəşadətlə vuruşub. 1994-cü ilin fevralında yenidən Ağdam istiqamətinə qaytarılıb, atəşkəs dövrünə qədər düşmənin 8 tankını, 2 piyada döyüş maşınını məhv edib. O, 2002-ci ilə kimi müxtəlif ali məktəblərin hərbi kafedralarında müəllim işləyib, polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb. Ona 1994-cü il noyabrın 9-da Milli Qəhrəman adı verilib. Hazırda Bakı şəhərində yaşayır.

1109