Bərdədə dəhşət: 21 yaşlı oğlan ruhi xəstəni zorladı
Bərdə rayonunda zorlama hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarındakı mənbənin Lent.az-a verdiyi məlumata görə, sentyabrın 14-də Xan Ərəb kənd sakini, Laçın rayonundan məcburi köçkün Q.S. Bərdə rayon Polis Şöbəsinə müraciət edib.
Q.S. müraciətində bildirib ki, sentyabrın 12-də həyat yoldaşı ilə sahədə işləyən zaman evdə tək qalmış qızı, fiziki və psixi xəstə olan 1982-ci il təvəllüdlü Q.Y, Xocalı rayonundan məcburi köçkün 1990-cı il təvəllüdlü Abdullayev Eldar Əli oğlu tərəfindən zorlanıb. Ruhi xəstə olan 29 yaşlı qızın rahat yeriyə bilməməsindən də istifadə edən 21 yaşlı oğlan ona qarşı əxlaqsız hərəkətlər edib.
Məlumat daxil olandan dərhal sonra polis məsələni araşdırmağa başlayıb və E.Abdullayevin Q.Y.-ya qarşı seksual xarakterli hərəkətlər etməsi sübut olunub. Sentyabrın 15-də 21 yaşlı oğlan saxlanılaraq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 1501-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.
Nizam RZA

1204