Bakıda mənzildən meyit və ağır xəstə tapıldı
16 sentyabr 2011 14:01 (UTC +04:00)

Bakıda mənzildən meyit və ağır xəstə tapıldı

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda, mənzildə bağlı qapı arxasında 2 yaşlı şəxsin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxslər giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin pəncərəsindən keçərək daxil olub. Mənzilə baxış keçirilərkən 1949-cu il təvəllüdlü Abdulqasımov Fikrət Əmir oğlu döşəmədə hərəkətsiz vəziyyətdə, digər şəxs isə halsız vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində F.Abdulqasımovun vəfat etdiyi, digər vətəndaşın isə xəstə olduğu müəyyən olunub. Mənzildə aşkarlanmış şəxs və F.Abdulqasımovun cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:08-də başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413

Oxşar yazılar