“Qarnına şiş batsın” məsəli Bakıda gerçək oldu
15 sentyabr 2011 15:43 (UTC +04:00)

“Qarnına şiş batsın” məsəli Bakıda gerçək oldu

Sentyabrın 14-də Bakıda bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, 1977-ci il təvəllüdlü Axundov Ramin İsa oğlu ağır bədən xəsarəti ilə 1 saylı Şəhər Xəstəxanasına gətirilib. Bədənində kəsilmiş-deşilmiş xəsarətlə, koma vəziyyətində xəstəxanaya daxil olan 34 yaşlı R.Axundov reanimasiya şöbəsinə yerləşdirilib.

Sonrakı araşdırmalar zamanı məlum olub ki, R.Axundov Suraxanı rayonu, Hövsan qəsəbəsindəki bağ evində olarkən yıxılıb və qarnına şiş batıb. Manqal başında kabab bişirən şəxsi tanışları əvvəlcə başqa xəstəxanaya aparsa da, sonradan 1 saylı şəhər Xəstəxanasına aparıblar.

Faktla əlaqədar araşdırma aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386

Oxşar yazılar