Tanınmış vəkil Aslan İsmayılov həbs oluna bilər
A.İsmayılovun Lent.az-a verdiyi məlumata görə, sentyabrın 14-də Vəkillər Kollegiyasının iclasında ona intizam cəzası verilib: “Guya mən müştəri ilə kobud rəftar etmişəm və bunun əsasında dələduzluq əsaslı şikayət məktubu gəlib. Sentyabrın 16-da isə saat 16-da Rəyasət Heyətinin toplantısı keçiriləcək. Yəqin ki, orada məni vəkillikdən kənarlaşdırmaqla bağlı qərar qəbul olunacaq. Bundan sonra isə gözləyirəm ki, həbs etmək haqqında düşünəcəklər”.
A.İsmayılov onu da bildirdi ki, bu iş planlaşdırılmış şəkildə görülür. Səbəb isə onun çıxışları ilə bağlıdır: “Mən həmişə, xüsusi ilə də son 5 ildə vətəndaşların mülkiyyət hüququnun pozulması və digər məsələlərlə bağlı çıxışlar etmişəm. Bundan sonra da öz yolumdan dönən, çəkinən deyiləm”.
Nizam RZA

1289