Atəşkəs bir neçə istiqamətdə pozulub
15 sentyabr 2011 10:19 (UTC +04:00)

Atəşkəs bir neçə istiqamətdə pozulub

Cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 14-də saat 23.20-dən 23.30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.10-dən 18.20-dək, 22.00-dan 22.05-dək və sentyabrın 15-də saat 02.20-dən 02.40-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 05.20-dən 05.35-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.


Düşmən cavab atəşi ilə susdurulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422

Oxşar yazılar