Rusiyaya getdi, evini talan etdilər
Bakıda yerləşən mənzillərdən biri talan edilib. Xətai rayon Polis İdarəsi 34-cü Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Məzahir Rüstəmov küçəsində Əzizov Firudin Mövlud oğluna məxsus mənzili naməlum şəxs yarıb.
Məlumata görə, ev sahibi F.Əzizov bir müddət əvvəl Rusiyaya gedib və evi dostu Qurbanov Arif Şaban oğluna tapşırıb. Sentyabrın 13-də evə baxmağa gələn A.Qurbanov isə qapının cəftəsinin qırıldığını və evin talan edildiyini görüb. Naməlum şəxs və ya şəxslər isə evdən 1500 dolar pul və min manatlarla dəyəri olan qızıl-zinət əşyalarını aparıblar.
Hadisə ilə bağlı polisə məlumat verilib, araşdırma aparılır.
Nizam RZA

418