Həyat yoldaşından ayrılan kişi özünü öldürdü
14 sentyabr 2011 12:24 (UTC +04:00)

Həyat yoldaşından ayrılan kişi özünü öldürdü

Bu gün Gəncə şəhərində intihar hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsi, Kəpəz rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Sevinc qəsəbəsində yaşayan 1969-cu il təvəllüdlü Quliyev Sadıq Ramiz oğlu özünü öldürüb.

O yaşadığı mənzilin zirzəmisində polietilen kəndirlə özünü asıb. Bir müddət əvvəl həyat yoldaşından ayrılan 42 yaşlı kişinin hansı səbəbdən canına qəsd etməsi məlum deyil.


Qeyd edək ki, günün əvvəlində Gəncədə 29 yaşlı qız da intihar edib. Şəhər prokurorluğundan Lent.az-a verilən məlumata görə, 1982-ci il təvəllüdlü Xəyalə İbrahimova yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Məlumatda o da bildirilir ki, hələ ailə həyatı qurmamış X.İbrahimovanın ailəsində bu, ilk intihar hadisəsi deyil. Bir neçə il əvvəl onun qardaşı da özünü öldürüb.

Hər iki faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 439

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10