İki uşaq atası və 29 yaşlı qız özünü öldürdü
14 sentyabr 2011 10:18 (UTC +04:00)

İki uşaq atası və 29 yaşlı qız özünü öldürdü

Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid 4, ev 11-də yaşayan 1965-ci il təvəllüdlü Quliyev Faiq Rufulla oğlu özünü yaşadığı evin zirzəmisində asıb.

İki uşaq atası olan 46 yaşlı F.Quliyevin hansı səbəbdən canına qəsd etməsi hələlik məlum deyil. O, Qaradağda yerləşən Qaz Emalı Zavodunda işləyirmiş.

Gəncədə isə 29 yaşlı qız intihar edib. Şəhər prokurorluğundan Lent.az-a verilən məlumata görə, 1982-ci il təvəllüdlü Xəyalə İbrahimova yaşadığı evdə sirkə turşusu içərək intihar edib.

Hər iki faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar