Bıçağı 46 yaşlı kişinin ürəyinə və boynuna soxdular
Sentyabrın 12-də Bakıda bıçaqlanma hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsində O.Şabanov küçəsində 1960-cı il təvəllüdlü Tepaşkin Aleksandr Vladimiroviç 1965-ci ildə anadan olmuş İsakov Rauf Rəşid oğlunu bıçaqlayıb.
O, küçənin ortasında 46 yaşlı R.İsakovun ürək və boyun nahiyəsinə bıçaqla xəsarətlər yetirib. İkincinin döş qəfəsinə endirilən zərbə daxilə nüfuz etdiyindən o, 3 saylı Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
A.Tepaşkin saxlanılıb. Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir.
Nizam RZA

466