Yevlaxdakı müəmmalı qətlin üstü açıldı
13 sentyabr 2011 13:51 (UTC +04:00)

Yevlaxdakı müəmmalı qətlin üstü açıldı

0
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın Mahir Kərimovu küt alətlə qətlə yetirib hadisə yerində qaçmış Nemətabad kənd sakini Sabir Novruzov tutulub.

Qeyd edək ki, hadisə həmin kənddə, kənd sakini 1961-ci il təvəllüdlü Sabir Novruzovun fermer təsərrüfatında baş verib. Senytabrın 8-i, saat 18:00 radələrində fermer təsərrüfatında çoban işləyən 33 yaşlı Mahir Kərimov naməlum şəraitdə öldürülüb.

Faktla əlaqədar Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 593

Oxşar yazılar