Günün tarixi
12 sentyabr 2011 08:00 (UTC +04:00)

Günün tarixi

E.ə 490. Marafon döyüşü baş verib

1504. Xristofor Kolumb dünya səyahətinə başlayıb

1723. Rus qoşunu Xəzərətrafı rayonları və Bakını işğal edib

1799. Dərbənd şeyxi Əli xan rus vassallığını qəbul edib

1801. Şərqi Gürcüstan, Qazax və Şəmsədil mahalı Rusiyaya birləşdirilib

1897. Fransız fizik İren Jolio Küri anadan olub

1932. Maarif xadimi Bədəlbəy Bədəlbəyov vəfat edib

1952. Çeçen lider Zəlimxan Yandarbiyev anadan olub

1953. Nikita Xruşşov SSRİ rəhbəri seçilib

1966. Əslən Cənubi Azərbaycandan olan Amerika vətəndaşı, kosmosa turist kimi gedən ilk qadın Anuşe Ənsari anadan olub

1977. Gürcüstan azərbaycanlılarının lideri Daşqın Gülməmmədov anadan olub

1980. Türkiyədə ordu hakimiyyəti ələ alıb. Cümhuriyyət tarixində üçüncü dəfə ordu siyasi hakimiyyətə açıq şəkildə müdaxilə edib

2003. Tiflisdə ATƏT-in ofisi fəaliyyətə başlayıb

2003. Milli Məclisin qərarı ilə dövlət ali və orta ixtisas məktəblərində təhsil alan şəhid övladları təhsil haqqından azad edilib

2006. Azərbaycanda Prezident təqaüdü təsis edilib

2006. Fuad İsmayılov Azərbaycanın Slovakiyada səfiri təyin olunub

2007. Əfqanıstan xarici işlər nazirinin müavini Məhəmməd Kəbir Fərahi Bakıya rəsmi səfərə gəlib

2008. Bakıda özbək şairi Əlişir Nəvainin abidəsi qoyulub. Açılış mərasimində Özbəkistan prezidenti İslam Kərimov da iştirak edib

2008. BMT Baş Məclisinin 62-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən irəli sürülmüş “Sənaye sahələrində şəffaflığın artırılması” adlı qətnamə qəbul edilib

2009. Azərbaycan, rus, qazax və türkmən prezidentləri Qazaxıstanın Aktau şəhərində görüşüb.

Günün aforizmi

“Söz bir incidir ki, onun dənizi könüldür və könül bütün mənaları özündə toplar. Necə ki, dalğıclar dənizdən gövhərləri çıxarır və onlara zərgərlər yanında qiymət verilir”.

Əlişir Nəvai
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar